Blinkenin hərəkəti Lavrovu qəzəbləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Entoni Blinken ATƏT xarici işlər nazirlərinin Skopye görüşündən “qaçıb".
Bunu Rusiyanın baş diplomatı Sergey Lavrov Şimali Makedoniyanın paytaxtında keçirilən ATƏT Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O, amerikalı həmkarını bu addımı atdığı üçün qorxaq adlandırıb:
“Mənim həmkarım, dövlət katibi E.Blinken qaçdı. Mən qaçmadım. Jozep Borrel də getdi. Bu niyə baş verir? Yaxşı, yəqin ki, onlar belə hesab edirlər ki, bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğulayırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərindəki faktlarla hər hansı səmimi söhbətdən qorxurlar”.
Sergey Lavrov əlavə edib ki, Xarici İşlər Nazirləri Şurasının tam işləməsi üçün təşkilatın bütün üzvlərinin iştirakı vacibdir. Bildirib ki, ATƏT-in iclası keçirilən zaman heç kim heç kimi heç yerə dəvət etməməlidir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
