Pleyeri seçin:

BMT bu müharibəni dayandırsın | Ukraynalı rəsmidən vacib çağırış

27 aprel 2024 408 baxış

Ukraynada 2 ildən çoxdur davam edən müharibə yüzlərlə yaşayış binaları ilə yanaşı, zavodlar, fabriklər və kənd təsərrüfatı subyektlərini də sıradan çıxarıb.

Bu səbəbdən nəinki Ukraynanın özü, hətta müharibəyə qədər bu ölkədən taxıl və ərzaq məhsulları ilə təmin olunan digər regionlar da ciddi ərzaq böhranı ilə üzləşiblər.

Ukrayna Ali Radasının komitə sədri Stepan Çernyavski Baku TV-yə açıqlamasında deyib ki, əkin sahələrinin təxminən 20%-nin üzərində nəzarət itirilib:

“Ukrayna təkbaşına bu problemi həll edə bilməz, bu aydındır. Böyük əraziləri azad etmək lazımdır, çoxlu vəsait lazımdır. Minatəmizləmə məsələləri, logistika məsələlərinin həlli, müasir toxum sortlarının alınması, yanacaq təchizatı, mineral gübrələr indi və dərhal həll edilməli olan problemlər zənciridir. Çünki sabah çox gec ola bilər və bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı olduqca çox çətin vəziyyət yarana bilər”.

Ukraynalı rəsmi bildirir ki, ölkəsi qarşıdan gələn Sülh Formulu konfransında toplaşan dünya ölkələrindən bununla bağlı ciddi həll yolu gözləyir, əks halda dünyanın üçdə birini ərzaq çatışmazlığından xilas etmək mümkün olmayacaq.

“Ukrayna ən böyük kənd təsərrüfatı məhsulları istehsalçılarından biridir. Dünyadakı bütün taxıl məhsulunun 2%-ni istehsal edirdi. Müharibə olduğu üçün məhsulların dünya ərzaq bazarına çıxarılmaması və qıtlıq riski var. Biz BMT-yə çatdırmalıyıq ki, o, nəhayət, əsas vəzifələrini yerinə yetirsin və Ukraynaya qarşı müharibəni dayandırsın. Müharibədən əvvəl ərzaq ixracı təqribən 76 milyon ton təşkil edirdi. Hazırda isə bu rəqəm 46 milyon tondur. Odessa vilayətinin logistika mərkəzləri və limanlarının düşmən tərəfindən davamlı atəşə tutulması səbəbindən bu il belə bir həcmin yarısını belə təmin edə bilməyəcəyimiz üçün real təhlükə var”, – deyə S.Çernyavski əlavə edib.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 408 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 408 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 408 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 408 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 408 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 408 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 408 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 408 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 408 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 408 baxış
Seçilmişlər
icon