Pleyeri seçin:
BMT-də Fələstinin İsrailə qarşı ilk qətnaməsi qəbul olundu | Hansı ölkələr qətnaməni dəstəklədi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail Ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni qəbul edib.
Qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib. 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya əleyhinə çıxıb. Daha 43 dövlət səsvermədə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Qeyd edək ki, bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir. BMT Baş Assambleyasının qətnamələri Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq məcburi hüquqi qüvvəyə malik deyil.
Kopyalandı
#BMT Baş Assambleyası teqi istifadə olunub
- SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Nyu-Yorkda bir sıra tədbirlərdə iştirak edib - Baku TV
- Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV
- ABŞ-yə buraxılmayan Mahmud Abbas BMT tribunasına necə çıxacaq? - Baku TV
- BMT Afrikanı real ölçülərdə göstərən xəritəyə keçidi artıq rəsmən dəstəkləyir - Baku TV
- Netanyahu həbs bəyanatına baxmayaraq, Nyu-Yorka gedəcək
