Pleyeri seçin:

BMT Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəldi

31 avqust 2024 396 baxış

BMT İsrail və HƏMAS tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə verilməsi üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa gəlməyə nail olub.

Bu barədə təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Qəzzadakı vəziyyəti sözlə ifadə etmək mümkün deyil:

“Qəzza ərazisinin 88%-dən çoxu evakuasiya əmri alıb. İnsanlar qeyri-müəyyən şəraitdə yaşayırlar, növbəti əmrin nə vaxt gələcəyini bilmirlər. Mülki əhali indi Qəzzanın təxminən 11%-nə bərabər olan hissəsinə getmək məcburiyyətində qalıb. İnsanların sığınacaq tapmaq üzrə mübarizəsini sözlə ifadə etmək mümkün deyil. Onlar mövcud olan hər yerdən sığınacaq kimi istifadə edirlər. Hətta Qəzza sahilində də müvəqqəti düşərgələr salınıb. Evakuasiya əmrləri beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq həyata keçirilir. Bu səbəbdən də BMT və üzv dövlətlərin çağırışı ilə İsrail Ordusunun bir sıra bölgələrdə ərazidən çıxarılma əmrləri ləğv edildi. Bu, müharibə başlayandan bəri ilk belə addımdır”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə humanitar vəziyyətin nə qədər acınacaqlı olması barəsində danışıb:

“İsrailin hərbi əməliyyatı nəticəsində hər gün insan itkisi artmağa davam edir. Yalnız 23-26 avqust aralığında 170 fələstinli həlak olub, 390 nəfər isə yaralanıb. İsrailin evakuasiya əmri ərazinin 89%-ni əhatə edir. Bu isə əhalinin 90%-i deməkdir. Bu, Qəzzada humanitar yardımların tamamilə dayandırılmasına səbəb ola bilər. BMT-nin Deyr əl-Bələhdəki humanitar mərkəzi özü də evakuasiya əmri altındadır. Təşkilatın Qəzza üzrə baş koordinatoru Siqrid Kaaq may ayında orada ofisini açmağı planlaşdırırdı. Lakin görünür, yardımın çatdırılması səyləri kağız üzərində qalmağa davam edir”.

Onu da bildirək ki, sentyabrın 1-də Qəzza zolağının mərkəzində peyvəndləmə həyata keçiriləcək. Xəbərə görə, lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 396 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 396 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 396 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 396 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 396 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 396 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 396 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 396 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 396 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 396 baxış
Seçilmişlər
icon