BMT süni zəkanın bəşəriyyət üçün yarada biləcəyi risklərə görə xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk süni zəkanın inkişafının bəşəriyyət üçün potensial təhlükələr yaratdığını bildirib.
O, Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxışı zamanı texnologiyanın doğurduğu risklərə diqqət çəkib.
Türkün sözlərinə görə, hazırda süni zəka üzərində, demək olar ki, qeyri-məhdud hakimiyyət cəmi bir neçə insanın əlində cəmləşib.
O, bu vəziyyətin qarşısını almaq üçün gec olmadan genişmiqyaslı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
BMT rəsmisi süni zəka texnologiyalarına malik ölkələri və təchizat zəncirində iştirak edən dövlətləri müəyyən “qırmızı xətlər” üzrə razılığa gəlməyə çağırıb.
Onun fikrincə, süni zəkanın təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq səviyyədə koordinasiyalı addımlar atılmalıdır.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
