Bu əməliyyat çox qanlı olacaq! - Netanyahunun böyük planı ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
“İran İsrailin bütün provokativ addımlarına qarşı hər hansı bir reaksiya verməyəcək, heç bir müdaxilə etməyəcək”.
Bu sözləri Axar.az-a türkiyəli analitik Engin Özər İsrailin Livana quru əməliyyatı başlaması fonunda İranın reaksiyası barədə danışarkən deyib.
O bildirib ki, məsələ Baş nazir Benyamin Netanyahunun məhz şəxsi yanaşmasına görə daha ciddi bir vəziyyət alıb:
“O, şiddətli, radikal, dini hissləri ilə Tövratda qeyd olunan “böyük İsrail” layihəsini addım-addım həyata keçirmək üçün əlindən gələni edir. İranın isə bu gərginliyə müdaxiləsi çox cüzidir.
Güman ki, Qəzza əməliyyatı kimi, Livanda da quru əməliyyatı çox qanlı olacaq. İsrail Livanın cənubunu işğal edəcək. Bu işğal prosesi bir neçə il davam edə bilər. Ona görə də biz artıq gələcək üçün silahlı “Hizbullah”dan yox, siyasi hərəkata çevriləcək qruplaşmadan danışa bilərik. Bu arada, ərəb ölkələrində anti-İsrail əhvali-ruhiyyə artan tempdə davam edir”.
Qeyd edək ki, gecə saatlarında İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
