Bu, əsirlərin azad edilməsi üçün daha bir açardır | Netanyahu
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-da girovluqda olan şəxslərin ailələri ilə görüşündə deyib.
"HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Biz Qəzza zolağının şimalına və Xan Yunisə nəzarət edirik, Rəfaha daxil olmağa hazırlaşırıq. Bütün girovları geri qaytarmaq üçün bu aktivlərdən ağıllı şəkildə istifadə etməliyik", – deyə B.Netanyahu bildirib.
Baş nazir HƏMAS-ın hansı aktivlərindən danışdığını açıqlamayıb.
Bu arada, HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb. Hərəkatın nümayəndəsi Məhəmməd Nazzal bildirib ki, İsrail tərəfi Qəzza zolağında atəşkəslə bağlı danışıqları dalana dirəyib.
Onun sözlərinə görə, Dohadakı görüş qarşılıqlı anlaşmaya gətirib çıxarmayıb.
"Nəticədə İsrailin barışmaz mövqeyi ucbatından məsləhətləşmələr dalana dirəndi", – deyə HƏMAS nümayəndəsi bildirib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
