Pleyeri seçin:

Bu ölkə 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir - Baku TV

22 iyul 2026 280 baxış

Fransanın Milli Assambleyası və Senatı yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin təhlükələrindən qorunması haqqında, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Milli Assambleyada qanun layihəsinin lehinə 279 deputat səs verib, əleyhinə çıxanlar 81 nəfər olub. Senatda isə qanun layihəsini 243 parlamentari dəstəkləyib, yalnız iki nəfər qarşı çıxıb.

Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində qanunun qəbul edildiyini bildirib.

"Mən söz vermişdim və artıq qanun qəbul edilib: tədris ilinin əvvəlindən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan ediləcək. Deputatlara təşəkkür edirəm. İndi növbə Konstitusiya Şurasındadır, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı internetdə qorumaq üçün atılacaq konkret addımlardadır", – o yazıb.

Qanun layihəsindəki bu tədbir uşaqların onlardan istifadəsinə yol verməmək məqsədilə sosial şəbəkələri öz istifadəçilərinin yaşını yoxlama mexanizmlərini tətbiq etməyə məcbur edir. Bundan əlavə, layihə sosial şəbəkələrdən 15 yaşına çatmamış istifadəçilərin hesablarını silməyi tələb edir.

Qanun layihəsi həmçinin 15 yaşından 18 yaşına qədər olan istifadəçilər üçün onların internet resurslarından istifadə vaxtını məhdudlaşdıran "rəqəmsal komendant saatı" tətbiq edir.

Qeyd edək ki, qanun sentyabrın 1-dən qüvvəyə minəcək.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 280 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 280 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 280 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 280 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 280 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 280 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 280 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 280 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 280 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 280 baxış
Seçilmişlər
icon