Pleyeri seçin:

Fransada deputatların narkotik testindən keçirilməsi təklifi müzakirə olunur - Baku TV

21 iyun 2026 387 baxış

Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi müzakirəyə çıxarılıb.

Deputatlar Fransua Jolive və Jan-Fransua Russe Milli Assambleyanın sədri Yael-Braun Piveyə müraciət edərək parlament üzvləri üçün narkotik testlərinin keçirilməsini təklif ediblər.

“Horizons” partiyasından olan Fransua Jolive məktubunda deputatlar da daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini təklif edib.

Deputat Jan-Fransua Russe isə parlament rəhbərliyi ilə görüş tələb edərək deputatlara könüllü əsasda narkotik testlərində iştirak imkanı yaradılmasını irəli sürüb. O bildirib ki, məqsəd şəxsləri hədəfə almaq deyil, parlament üzvlərinin şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Russe əlavə edib ki, siyasətçilər cəmiyyət qarşısında nümunə olmalı və ictimai etimadın qorunması üçün daha açıq davranmalıdırlar.

Təşəbbüs Fransada Baş nazir Sebastian Lökornünün nazirlər və yüksəkvəzifəli dövlət qulluqçuları üçün qəfil narkotik testlərinin tətbiqinə dair göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər və onların əməkdaşları tüpürcək nümunəsi ilə aparılan yoxlamalardan keçməlidirlər.

Məsələ Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 387 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 387 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 387 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 387 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 387 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 387 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 387 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 387 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 387 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 387 baxış
Seçilmişlər
icon