Bütün məqsədlərimizə nail olana qədər dayanmayacağıq | Netanyahu
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri Yoav Qalant şimal cəbhəsində yeni əməliyyatlara başlandığını təsdiqləyib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazir bildirib ki, İsrail “Hizbullah” hərəkatının hərbi infrastrukturuna zərbələr endirməkdə davam edəcək.
“İsrail sakinlərinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün əlavə tapşırıqlarımız var”, – deyə Y.Qalant qeyd edib.
Baş nazir Benyamin Netanyahu da bildirib ki, şimal bölgələrdəki sakinləri evlərinə qaytarmaq məqsədinə çatana qədər İsrail Ordusu “Hizbullah”a qarşı ağır zərbələr endirməyə davam edəcək.
Bu sözləri Baş nazir BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı deyib.
“Bizim siyasətimiz aydındır. Biz “Hizbullah”a qarşı güclü zərbələr endirməyə davam edirik və bütün məqsədlərimizə, ilk növbədə, İsrailin şimalındakı sakinlərin sağ-salamat geri qayıtmasına nail olana qədər dayanmayacağıq. Mən İsrailin mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün Qəzza zolağında radikallar tərəfindən saxlanılan və bir an belə unutmadığım girovların ailələri ilə birlikdə BMT-yə mühüm səfərdəyəm”, – deyə İsrailin Baş naziri bildirib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
