Çin separatizmi dəstəkləməyi dayandırmağa çağırır
“Çin Tayvan boğazında sülhü qorumaq bəhanəsi ilə separatçılığa qarşı hərəkətlərinə mane olmaq və ya daxili işlərinə müdaxilə etmək cəhdlərini qəbul etməyəcək”.
Çinin Milli Müdafiə Nazirliyindən bildirilib ki, Çin Xalq Azadlıq Ordusunun Komandanlığı tərəfindən keçirilən “Ədalət Missiyası 2025” hərbi təlimləri Tayvanın ayrılmasına yönəlmiş fəaliyyətlərlə mübarizə aparmaq, milli birləşməni irəli aparmaq və xarici müdaxilələrə qarşı durmaq məqsədilə nümayiş etdirilib.
Nazirlikdən qeyd olunub ki, Tayvan məsələsində qırmızı xətti keçən hər hansı bir təxribatçı hərəkətə əks tədbirlərlə cavab veriləcək.
“Çinin 2027-ci ilə qədər Tayvana hücum etməyə hazır olmağa ümid etməsi, məqsədinə vaxtında çatıb-çata bilməyəcəyi başqa bir məsələdir. Tayvan üçün ən vacib məsələ düşmənin gəlməməsi ehtimalına deyil, onu qarşılamağa hazır olduğumuza inanmaqdır. Ən pis fərziyyələri irəli sürməli və eyni zamanda ən yaxşı hazırlıqları görməliyik. Buna görə də 2026-cı il Tayvan üçün çox kritik ildir”, – Tayvan Prezidenti Lai Çin-De bildirib.
Rəsmi Pekin ölkələri və təşkilatları vahid Çin prinsipinə riayət etməyə, Tayvandakı separatçıları dəstəkləməyi və onlara göz yummağı dayandırmağa, həmçinin Tayvan məsələsində qarışıqlıq yaratmağın qarşısını almağa çağırır.
Qeyd olunur ki, hərbi təlim və hazırlıqlar gücləndiriləcək və davam etdiriləcək.
#Çin teqi istifadə olunub
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Çin şirkəti iki süni intellekt modelində yaranan problemi araşdırmağa başlayıb
- ABŞ və Çinin strateji rəqabəti Cənub-Şərqi Asiyada daha da dərinləşir - Baku TV
- ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ
- Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi
