Pleyeri seçin:

Çində əhalinin seçmə tədqiqatına başlanıldı | Rəqəmlərin arxasında nə gizlənir?

10 oktyabr 2024 272 baxış

Çin hakimiyyəti cəmiyyətdəki cari demoqrafik dəyişiklikləri aydınlaşdırmaq məqsədi daşıyan əhalinin seçmə tədqiqatının keçirilməsini elan edib.

TASS-ın məlumatına görə, noyabrın 30-na kimi davam edəcək araşdırma yaş, etnik mənsubiyyət, təhsil səviyyəsi, miqrasiya statusu, yaşayış yeri, ailə vəziyyəti, məşğulluq və uşaqların olması kimi geniş spektrli göstəriciləri əhatə edəcək.

Bildirilib ki, son illərdə Çin əhalinin yaşlanması və doğum nisbətinin azalması problemi ilə üzləşib. Ekspertlərin sözlərinə görə, bu, iqtisadiyyat və sosial sahə üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Rəsmi proqnozlara görə, 2035-ci ilə qədər Çində 60 yaşdan yuxarı vətəndaşların payı ümumi əhalinin 30 %-ni keçəcək.

Qeyd edək ki, Çində 1970-ci illərdən “bir ailə –bir uşaq” doğum nəzarəti siyasəti həyata keçirilirdi. Lakin doğum nisbətinin kəskin düşməsi və əhalinin yaşlanması səbəbindən hökumət məhdudiyyətləri tədricən ləğv etməyə başlayıb.

1 yanvar 2016-cı ildə Çində hər ailəyə iki uşaq sahibi olmağa icazə verən qanun qüvvəyə minib.

2021-ci ilin may ayında isə hakimiyyət üç uşağa qədər icazə verib. Lakin “bir ailə – bir uşaq” siyasətinin nəticələri hələ də özünü göstərir. Gənclərin əksəriyyəti ailə qurmağı və uşaq dünyaya gətirməyi təxirə salır, karyera və şəxsi inkişafa üstünlük verirlər. 2022-ci ildə ölkədə əhali sayı son 60 ildə ilk dəfə azalmağa başlayıb.

ABŞ Səudiyyənin əməliyyata qoşulmaq istəyini niyə qəbul etmədi? - Baku TV CANLI

ABŞ Səudiyyənin əməliyyata qoşulmaq istəyini niyə qəbul etmədi? - Baku TV CANLI

Dünya
03 oktyabr 2026 272 baxış
Tramp son anda niyə qərarını dəyişdi? - Səudiyyə Ərəbistanının planı, pərdəarxası məqamlar - Baku TV

Tramp son anda niyə qərarını dəyişdi? - Səudiyyə Ərəbistanının planı, pərdəarxası məqamlar - Baku TV

Dünya
03 oktyabr 2026 272 baxış
Almaniya ən böyük limanını müdafiə xəttinə çevirir? - Baku TV CANLI

Almaniya ən böyük limanını müdafiə xəttinə çevirir? - Baku TV CANLI

Dünya
03 oktyabr 2026 272 baxış
Londonda 2 min illik mədəniyyət nümayiş olunur

Londonda 2 min illik mədəniyyət nümayiş olunur

Dünya
03 oktyabr 2026 272 baxış
Zelenski Putinin açıqlamasına münasibət bildirdi

Zelenski Putinin açıqlamasına münasibət bildirdi

Dünya
03 oktyabr 2026 272 baxış
"Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski

"Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski

Dünya
03 oktyabr 2026 272 baxış
Yan Roose 160 metrlik xətt üzərində hərəkət etdi

Yan Roose 160 metrlik xətt üzərində hərəkət etdi

Dünya
03 oktyabr 2026 272 baxış
Meksikanın Ölülər Gününün simvolu Kaliforniyada

Meksikanın Ölülər Gününün simvolu Kaliforniyada

Dünya
03 oktyabr 2026 272 baxış
"Charlie" Mars missiyasına hazırlaşır

"Charlie" Mars missiyasına hazırlaşır

Dünya
03 oktyabr 2026 272 baxış
"ABŞ və İran arasındakı danışıqlar dalana dirənib" | "Axios"

"ABŞ və İran arasındakı danışıqlar dalana dirənib" | "Axios"

Dünya
03 oktyabr 2026 272 baxış
Seçilmişlər
icon