Deyəcək ki, ruslar bizi qovdu | Rusiyalı analitik Paşinyanın ikili oyununu ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Nikol Paşinyan bizimlə nərd oynayır, əgər doğrudan da, KTMT-də əməkdaşlığın bitdiyini düşünürsə, ərizə yazıb getsin. Onu kim tutub?”.
Bunu rusiyalı analitik Stanislav Tarasov Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxması ilə bağlı açıqlamasını şərh edərkən deyib.
S.Tarasovun sözlərinə görə, N.Paşinyan Qərbə Rusiya ilə mübarizə apardığını göstərməyə çalışır, amma reallıqda Rusiyanı tərk etmir.
“Qərbə baxıb nəsə almaq çox primitivdir. Bu onun təhsilsiz olmasından xəbər verir”, – deyən analitik vurğulayıb ki, Moskva prosedura uyğun hərəkət edir.
“Əgər işləmək istəmirsənsə, get, amma biz bu qərarı versək, N.Paşinyan deyəcək ki, bizi ruslar qovub. İkinci Qarabağ müharibəsi də ona heç nə öyrətmədi. İndi o, Ermənistanı da itirmək istəyir”, – deyə S.Tarasov qeyd edib.
“Vladimir Putinlə belə danışmaq olmaz. N.Paşinyanın məqsədi Qərbdən ona verilməyən təhlükəsizlik zəmanəti almaqdır. O düşünür ki, Qərb Ermənistana təhlükəsizlik zəmanəti verəcək, amma Qərb bunu etmir”, – deyə S.Tarasov fikrini tamamlayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
