Ərdoğan Paşinyanla nələri müzakirə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Məlumata görə, telefon danışığı zamanı N.Paşinyan R.T.Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə Prezidenti isə Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı N.Paşinyana başsağlığı verib.
Söhbət zamanı tərəflər Türkiyə və Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin mövcudluğunu bildiriblər. Bu kontekstdə tərəflər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.
R.T.Ərdoğan və N.Paşinyan həmçinin Türkiyə və Ermənistanın yüksəksəviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd edib, habelə regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
