Erməni nazir müavini İranla dəniz əlaqələrindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“İrəvan və Tehran arasında sahəvi əməkdaşlıq üzrə saziş imzalanmasından sonra Ermənistan İranın limanlarından daha sərfəli şərtlər əsasında istifadə edə biləcək”.
Bunu Ermənistan mətbuatına müsahibəsində ölkənin iqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib.
Onun sözlərinə görə, İrəvan və Tehran dekabrın əvvəlində sahəvi əməkdaşlıq üzrə memorandum imzalamaq barədə razılığa gəliblər. Bu sənəd isə Ermənistana İran limanlarından istifadə etmək imkanı verəcək.
“Hazırda tərəflər danışıqlar aparır və sənədin imzalanmasına dair razılıq əldə olunub. Sənəd imzalandıqdan sonra Ermənistan tərəfi İranın xüsusilə üç əsas limanından – Ənzəli, Bəndər-Abbas, Çabahar limanlarından sadələşdirilmiş qaydada istifadə edə biləcək”, – deyə Narek Teryan əlavə edib.
O, bu təşəbbüsün “Sülh qovşağı” layihəsinin məntiqi ilə uzlaşdığını bildirib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
