Erməni QHT üzvündən sensasiyalı açıqlama | Ermənistanın canına qorxu düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
“Tavuşda Ermənistan Ordusunun hərbçilərinə mövqelərindən geri çəkilmək əmri verilib”.
Bu iddia ilə Ermənistanın “Ayekve” assosiasiyasının İdarə Heyətinin üzvü Avetik Kerobyan çıxış edib.
A.Kerobyan bildirib ki, ordu komandanlığı bölgədəki hərbçilərə ərazilərdən geri çəkilməklə bağlı əmr verib.
“Onlar gəlib belə deyiblər: bu ərazilərdən çəkilin. Sünikdə bəzi mövqelərin təslim edilməsi xəbərini də sonradan öyrənmişdik. Tavuşda da eyni vəziyyətlə üzləşəcəyik. Ərazilər növbəti mərhələdə Azərbaycana veriləcək”, ‒ deyə erməni QHT nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan öncə Tavuş bölgəsində delimitasiya və demarkasiya prosesi çərçivəsində sərhəddə yerləşən bəzi ərazilərin minalardan təmizləndiyi açıqlanıb. Ermənistan Müdafiə Nazirliyi həmin ərazidə çıxarılmış minaların partladılacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
#Ermənistan ordusu teqi istifadə olunub
- Tərtər qəbiristanlığının Ermənistan ordusu tərəfindən atəşə tutulmasından 6 il ötür - Baku TV
- Paşinyan Ermənistan ordusundakı əsgər ölümləri barədə nə deyib?
- “Orduda qorxaq general və fərarilər var, indi isə çoxu...” | Paşinyan
- İlham Əliyevdən İkinci Qarabağ müharibəsi ilə bağlı açıqlama
- Ermənistanın hərbi qulluqçusunun ölüm səbəbi | Detallar açıqlandı
