Ermənistan bu təlimlərdə iştirak etməkdən boyun qaçırdı | Biz İrəvandan olan həmkarlarımızla...
Yeniliklərdən dərhal xəbərdar olun
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.
Bunu qurumun baş katibi İmanqali Tasmaqambetov deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələri KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən silsilə birgə təlimlərində iştirak etməyiblər.
Bununla belə, KTMT rəhbərliyi hələ də Ermənistana təşkilat formatında bərabərhüquqlu tərəfdaş kimi baxır:
“Biz İrəvandan olan həmkarlarımızla aktual məsələlərin bütün spektri üzrə dialoqa hazırıq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin ölkəsinin suverenliyinə təhdid olduğunu, buna görə də bu qurumda fəaliyyətlərini dondurduqlarını, geri qayıtmalarının isə mümkünsüz olduğunu açıqlayıb.
#Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı teqi istifadə olunub
- Ermənistan bu təşkilatla yollarını ayırır? | İrəvanın taleyi necə olacaq? - Baku TV CANLI
- KTMT İrəvandan gələcək iştirakı ilə bağlı yekun qərar verməsini istəyir - Baku TV CANLI
- İrəvanın riskli oyunu, KTMT-nin qərarı: Moskva-İrəvan arasında körpülər tam yandırılır? - Baku TV
- İrəvan Moskva xəttindən ayrılır? | KTMT-nin Baş katibindən açıqlama - Baku TV CANLI
- Ermənistan KTMT-ni tərk edir? | Paşinyandan diqqətçəkən mesaj gəldi - 24 SAAT
