Ermənistan Qarabağdan gətirilən avtomobilləri camaatın əlindən niyə aldı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Sentyabr əməliyyatlarından sonra Ermənistan hökuməti Qarabağdan gətirilən 300-dən çox avtomobili xalqdan müsadirə edib”.
Bunu erməni hüquqşünas Roman Yeritsyan deyib.
O bildirib ki, separatçılara məxsus texnikalar Ermənistan Ordusuna verilib:
“Bütün avtomobilləri və texnikaları müsadirə etdilər. İnsanların əlindən zorla aldılar. Daha sonra onları Ermənistan Ordusu, Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və hökumətin ixtiyarına verdilər.
Təxminən 150-yə yaxın yeni dövlət nömrə nişanlı avtomobillər özəlləşdirilib. Bir neçə vətəndaş hərbi polisin onların şəxsi mülkü olan avtomobilləri zorla ələ keçirməsinə görə məhkəməyə müraciət edib. Lakin rəsmi qurumlar bizə deyirlər ki, həmin avtomobil və texnikalar Ermənistan hökumətinə məxsusdur, “arsax”a bütün bunları İrəvan verib, indi də ehtiyac qalmadığı üçün geri alır.
Biz də həmin şəxslərə Nikol Paşinyanın sözlərini xatırladırıq. Bildiririk ki, Nikol Paşinyan 2020-ci ildə 44 günlük müharibədən sonra Ermənistanın Qarabağda heç bir avtomobil və texnikasının qalmadığını açıqlamışdı. Bəs indi necə olur ki, hökumət bizim maşınların özünə məxsus olduğunu deyir?!”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
