Ermənistan Türkiyənin vilayətinə çevriləcək | Vardanyandan "5-ci kolon" açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya regionu tərk etmək fikrində olmadığını gizlətmir. İrəvan isə Moskvanı təxribata çəkmək üçün bütün mümkün vasitələrdən istifadə edir”.
Bunu Ermənistan Ümumerməni Fondunun keçmiş rəhbəri Ara Vardanyan deyib.
“Ölkəmizdəki beşinci kolon Ermənistanda rusofob əhvali-ruhiyyəni yaymaq üçün hər şeyi edir. Bütün bunlar bizi ancaq Ukrayna və ya Suriya ssenarisinə yaxınlaşdırır. Mövcud tendensiyalar davam etsə, İrəvanın gələcək perspektivləri dumanlı görünür. Ermənistanın dövlətçiliyi sual altında qala bilər və beşinci kolonun nümayəndələri, məsələn, “Respublika” partiyasının lideri Aram Sərkisyan, politoloq Levon Şirinyan və bir çox başqaları bunun üçün ilk növbədə məsuliyyət daşıyırlar.
Bu insanlar müxtəlif mərkəzlərdən maliyyələşirlər. Öz fəaliyyətləri ilə anti-Rusiya əhvali-ruhiyyəsini pik həddə çatdırıb Ermənistanı Türkiyənin tabeçiliyinə vermək məqsədi güdürlər. Ankara Qərbin regiondakı təmsilçisidir, Ermənistan Rusiya ilə münasibətləri kəsdiyi gün Türkiyənin vilayətinə çevriləcək”, – o bildirib.
#Ermənistan teqi istifadə olunub
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
