Ermənistan və Gürcüstan arasında razılaşma əldə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Nikol Paşinyanın Tbilisiyə səfərindən sonra iki ölkə arasında sərhədin demarkasiyası prosesinin sürətləndirildiyi, Ermənistanın bəzi kəndlərinin Gürcüstana veriləcəyinə dair iddialar yayılıb.
İki ölkənin sərhədində yerləşən Loru vilayətinin Alaverdi kəndinə bitişik ərazilərin demarkasiya zamanı Gürcüstan torpağı kimi qeydə alınacağı bildirilib.
Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya prosesinin sürətləndirildiyini açıqlayıb:
“Ermənistan və Gürcüstanın yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı ümumi razılaşma əldə olunub. Sərhədlərin demarkasiya prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Proseslə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumat veriləcək”.
Ermənistan XİN-in bu cavabı iddianı dolayı yolla təsdiqləmək və sorğudan yayınma kimi dəyərləndirilib.
#Ermənistan XİN teqi istifadə olunub
- Mirzoyan Rusiya Prezidentinin açıqlamalarına necə reaksiya verdi?
- Vaan Kostanyanın yerli televiziyaya diqqətçəkən müsahibəsi
- Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia
- Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama
- Davamlı sülh üçün növbəti mühüm addım | ABŞ-dəki görüşün detalları
