Pleyeri seçin:

Ermənistan və Rusiya gərginliyi artdı | İrəvan bunu başa düşmür ki...

29 may 2024 553 baxış

Ermənistan ilə Rusiya arasında münasibətlər hər ötən gün daha da gərginləşir.

Erməni Baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasəti nəinki Kremldə, o cümlədən Ermənistanın müxalif partiyaları arasında da ziddiyyətlə qarşılanır.

N.Paşinyanın gah “KTMT-dən çıxırıq” deməsi, gah Rusiyadan Gümrüdəki 102-ci hərbi bazanı tərk etməyi istəməsi, gah da rəsmi İrəvanın Rusiyadakı dövlət əhəmiyyətli tədbirlərdə iştirakdan boyun qaçırması bunun bariz nümunəsidir.

Zvartnots hava limanını rusiyalı hərbçilərin tərk etməsi mövzusu gündəmdən düşməmiş tərəflər arasında yeni gərginlik yaşanıb. Bu dəfə isə Rusiyanın 1-ci telekanalının efirində yayımlanan tok-şouda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Ermənistana od püskürüb.

O bildirib ki, N.Paşinyan yürütdüyü siyasətlə Rusiyanın regiondakı imicini darmadağın etməyə çalışır:

“Nikol Paşinyan hakimiyyətdə var olduqca Ermənistanın maraqları tapdanacaq. Rusiya ilə qurulmuş əlaqələr hər gün daha bir az məhv olacaq. Ölkədə küçə etirazları da anlaşılandır. Ermənistan tərəfi öz hakimiyyətinin yol verdiyi yanlışlıqları indi dolayı yolla, bəzi hallarda isə birbaşa Rusiya hakimiyyətinin üstünə atmaqla bizi günahkar çıxarmağa çalışır.

Amma onlar başa düşmürlər ki, bu gün Ermənistan adlı bir ölkənin var olmasında çar Rusiyasının və SSRİ-nin böyük rolu var. Qərbə meyillənmək qərarı özü bir səhv seçim idi. Biz heç bir ölkənin daxili işlərinə müdaxilə etmirik.

Amma münasibətlərimizin qorunmasında maraqlı olduğumuza görə onlara atacaqları addımları yaxşı düşünmələrini tövsiyə edirik. Nə qədər ki, N.Paşinyan hakimiyyətdədir, o, dost dövlətlərlə münasibətləri daha da pisləşdirəcək. Ermənistan hakimiyyəti öz xalqının maraqlarına xəyanət edir. Problem budur”.

Məlumat üçün bildirək ki, Ermənistanda artıq Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb. Bu barədə ölkənin Yüksək Texnologiyalar Nazirliyi məlumat verib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 553 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 553 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 553 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 553 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 553 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 553 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 553 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 553 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 553 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 553 baxış
Seçilmişlər
icon