Ermənistanın iqtisadi yüksəlişi Paşinyana necə kömək etdi? | Statistika açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin 10 ayı ərzində Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsi 11 milyard ABŞ dollarından çox olub.
Bu hesablamanı Rusiya “Telegram” kanalları yazıb.
Qeyd olunub ki, 2023-cü illə müqayisədə göstəricilər 3 dəfədən çox artıb:
“Ticarət dövriyyəsi 2023-cü ildə təxminən 3,4 milyard dollar təşkil edirdi. Bu, 3 dəfədən çox artım deməkdir. Aydındır ki, yüksək göstəricilər təkcə Ermənistan məhsulları hesabına deyil, həm də Rusiyaya “paralel idxal” adlanan proses nəticəsində əldə olunub. Yəni Ermənistan müəyyən məhsulların üçüncü ölkələrdən idxalında ticarət vasitəçisi kimi çıxış edir.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici və qarşılıqlı ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 67,6 % artaraq 26,2 milyard ABŞ dollarını keçib. 2024-cü ildə Ermənistanın əsas xarici ticarət tərəfdaşları isə Rusiya, BƏƏ, Çin olub. Göründüyü kimi, bu siyahıda Avropa Birliyi çox geridə qalır. Ermənistan Aİİ üzvlüyündən ciddi iqtisadi faydalar əldə edir və əslində, Avrasiya inteqrasiyasının əsas benefisiarıdır”.
Ekspertlər qeyd edirlər ki, iqtisadi artım indi hökumətin hakimiyyəti üçün əsasdır:
“Təbii ki, Ermənistan Rusiyaya müəyyən “dost xidmətləri” göstərir, lakin bu iqtisadi funksiyalar nisbətən asanlıqla digər ölkələr, o cümlədən Cənubi Qafqazda yerləşən ölkələr arasında bölüşdürülə bilər.
Qeyd etmək lazımdır ki, Avrasiya inteqrasiyasının nəticəsi olaraq Ermənistanın yaşadığı iqtisadi yüksəliş Nikol Paşinyan hökumətinə müxalifətlə mübarizədə kömək edib. Azərbaycanla iki müharibədə məğlub olan Ermənistan hökuməti kütləvi küçə etirazlarına baxmayaraq, əldə edilmiş iqtisadi uğurlara istinad edərək hakimiyyətdə qala bilib”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
