Əsəd, əslində, hansı ölkəyə sığınacaqdı? | Son anda elə bir şey oldu ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Əsəd iş gününün sonunda ofis menecerinə evə getdiyini desə də, əksinə, hava limanına yola düşüb”.
Bu barədə “Röyters” Əsədin ölkəni tərk etməzdən əvvəl keçirdiyi iclasda iştirak edən hərbi komandirlərdən birinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, ölkəni tərk etməzdən bir neçə saat əvvəl Suriyanın devrilmiş prezidenti 30-a yaxın yüksək səviyyəli kəşfiyyat və ordu rəsmisini bir araya toplayıb. Əsəd onlara Rusiyadan hərbi yardımın gəldiyini deyib.
Nəşr yazır ki, Əsəd hətta helikopterlə İraqa uçan və oradan Moskvaya gedən kiçik qardaşı Maherə də xəbərdarlıq etməyib. Əsədin həyat yoldaşı Əsma və üç uşağı isə əvvəlcədən Rusiyaya göndərilib.
Ümumilikdə, Əsədin ölkəni tərk etməsinin onun ətrafı üçün gözlənilməz olması barədə məlumatı agentliyə 10-dan çox mənbə təsdiqləyib.
“Reuters”in mənbələri bildiriblər ki, əvvəlcə Əsəd Birləşmiş Ərəb Əmirliklərinə getməyi planlaşdırıb. Lakin Avropa və ABŞ-nin sanksiyalarından qorxan BƏƏ onu qəbul etməyib. Nəticədə Rusiya Əsədin Moskvaya gəlməsini təşkil edib.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
