Pleyeri seçin:

Əsəd rejiminə qarşı çıxan lider ölüb? - Toqquşmalarda ilk dəfədir ki...

02 dekabr 2024 143 baxış

Suriyada müxalif qüvvələrin Bəşər Əsəd rejimini devirmək səyləri xeyli irəliləyib.

Belə ki, Şeyx Neccar bölgəsində ordu geri çəkilməyə başlayıb.

Sözügedən ərazilərə girməyə müvəffəq olan silahlı qruplaşma üzvləri orduya məxsus xeyli sayda tank və silah-sursat ələ keçirə bilib.

Baş verən toqquşmalar zamanı tərəflər bir-birinə pulemyotlardan atəş açıb. Nəticədə hər iki tərəfin itkilərinin olduğu bildirilsə də, dəqiq say açıqlanmır.

Müxalif Suriya Milli Ordusu dekabr ayının 1-də başlatdığı “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində artıq Tell-Rifat şəhərinə daxil olub. Ümumilikdə 32 kəndi ələ keçirən, özlərini ədalət keşikçiləri kimi adlandıran üsyançılar “Əsədi devirməyənə qədər mübarizəmiz davam edəcək” deyə bəyanatlar da səsləndiriblər. Amma bəlli idi ki, Bəşər Əsəd 8 ildən sonra ilk dəfə ordusunun hakim olduğu ərazilərdən geri çəkilməsi faktını həzm etməyəcək. Etmədi də.

Belə ki, o, Heyət Təhrir əş-Şamın lideri Əbu Məhəmməd Əl-Culanini raket zərbələri ilə zərərsizləşdirdiyi xəbərini mediaya sızdırdı. Amma HTŞ-nin üzvləri “yayılan fotolardakı cansız cəsəd Əl-Culaniyə məxsus deyil, şəkildəki sadəcə onun oxşarıdır” deyərək iddiaları rədd etdilər.

Suriya ərazisində hökm sürən qeyri-sabit vəziyyət dünya ölkələrini də bu məsələdə birgə bəyanat yaymağa vadar etdi. Berlin, Vaşinqton, London və Paris hesab edir ki, Suriyadakı bütün tərəflər gərginliyi azaltmağa, eləcə də mülki əhalinin təhlükəsizliyini təmin etməyə çalışmalıdır. Bu barədə Almaniya, ABŞ, Böyük Britaniya və Fransanın Dövlət Departamentinin Mətbuat Xidməti tərəfindən dərc olunmuş birgə məlumatda bildirilir.

“Biz Suriyadakı hadisələri diqqətlə izləyirik. Bütün tərəfləri gərginliyi azaltmağa və mülki insanları qorumağa çağırırıq”, – deyə xəbərdə qeyd olunub.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 143 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 143 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 143 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 143 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 143 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 143 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 143 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 143 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 143 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 143 baxış
Seçilmişlər
icon