Pleyeri seçin:

Əsədlə bağlı şok | Rusiyanın Suriyada yeri yerindən oynadacaq planı görün nə imiş - Baku TV

15 iyul 2026 363 baxış

Rusiya Prezidenti Vladimir Putinin ətrafı Suriyada hakimiyyət dəyişikliyi planı hazırlayıb və ölkə prezidenti Bəşər Əsədin yerinə onun həyat yoldaşı Əsma Əsədin gətirilməsi variantını nəzərdən keçirib.

Bu barədə Böyük Britaniyanın "The Observer" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Kreml 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətini itirməzdən bir neçə ay əvvəl onun mümkün varislərinin siyahısını hazırlayıb. Siyahıda ilk yerdə Əsma Əsəd olub.

Qəzetin keçmiş Suriya hakimiyyətinə yaxın mənbəsinin sözlərinə görə, 24 il ölkənin birinci xanımı olan Əsma Əsəd Prezident sarayında əsas təsir fiqurlarından biri sayılıb.

"Əgər Əsma razı deyildisə, Prezident vasitəsilə heç bir qərarı keçirmək mümkün olmurdu. Bəşər Əsəd, demək olar ki, bütün məsələlərdə onunla məsləhətləşirdi", – deyə mənbə bildirib.

Məlumata görə, 50 yaşlı Əsma Əsəd "İqtisadi Şura"ya rəhbərlik edib və ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarəti həyata keçirib.

İş adamlarının öz aktivlərini məhz Əsəd ailəsinin etibarlı şəxslərinə verməyə məcbur olunduğu da qeyd edilir. Buna qarşı çıxanlar isə vergidən yayınma ittihamı ilə təqib olunub, bank hesabları dondurulub və ya müəssisələri bağlanıb.

"The Observer" yazır ki, Vladimir Putin Bəşər Əsəddən narazı olub. Kreml hesab edib ki, Rusiyanın hərbi dəstəyinə baxmayaraq, Əsəd nə vətəndaş müharibəsini dayandıra, nə də ölkədə siyasi sabitliyi təmin edə bilib.

Mənbənin sözlərinə görə, ona hakimiyyəti həyat yoldaşına vermək təklifi də edilib, lakin Əsəd bu ideyanı lağa qoyub. Suriya rejiminin süqutundan sonra Bəşər və Əsma Əsəd Rusiyaya qaçıblar.

Məlumata görə, keçmiş prezident faktiki olaraq Rusiyanı tərk edə bilməsə də, Əsma Əsəd xarici ölkələrə səfərlərini davam etdirir.

Bildirilir ki, o, mütəmadi olaraq Dubaya gedir. Bununla yanaşı, onun doğulduğu Böyük Britaniyaya və Avropa İttifaqı ölkələrinə girişinə qadağa tətbiq olunub.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 363 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 363 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 363 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 363 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 363 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 363 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 363 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 363 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 363 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 363 baxış
Seçilmişlər
icon