Pleyeri seçin:

Fransa bunu etməyə utanmır? | Rusiyalı politoloqdan Martiniklə bağlı sərt sözlər

24 sentyabr 2024 377 baxış

“Martinik adası Fransanın adi koloniyasıdır. Fransa bu adanı özünün hesab edir”.

Bu sözləri rusiyalı politoloq Tatyana Poloskova Baku TV-yə Martinikdəki vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, 1664-cü ildən etibarən Martinik başı bəlalıdır. Gah ingilislərin, gah fransızların təzyiqlərinə dözməli olan bu ada bu gün də eyni vəziyyətdədir.

“Martinik sakinləri daim qul əməyinin istismarı kimi qiymətləndirilən təzyiqlərlə üz-üzə olub. Onların əhalisi olduqca acınacaqlı vəziyyətdədir. Yerli sakinlər ancaq banan, ananas satmaqla nə qədər qazana bilər ki? Amma qiymətlərin baha olması, sakinlərin aclıqla mübarizə aparmaları Fransa hakimiyyətinə sərf etmir. Çünki belə ərazilərdə yaşayanlar ancaq Fransa maraqlarına xidmət etməlidirlər. Onların qarşılaşdıqları çətinliklər bu ölkədə heç kimi maraqlandırmır.

Tarixə nəzər salsaq görərik ki, hələ 17-ci əsrdən bəri bu ərazilərdə Fransaya qarşı etirazlar mütəmadi baş qaldırıb. Lakin bu, ölkə siyasətinə təsir etmədi. Həmin etirazçılar sadəcə fransızsayağı zərərsizləşdirildi. Bu gün də eyni üslubu görürük. Komendant saatı, həbslər, gözyaşardıcı qazla müdaxilə və polisin sakinləri döyməsi 17-ci əsrdən bəri oradakı vəziyyətin eyni olduğunun əyani sübutudur”, – T.Poloskova əlavə edib.

Politoloq “Yerli sakinlər özlərini hər şeylə təmin edə biləcəkləri halda, etirazlar niyə baş qaldırır?” sualına aydınlıq gətirib:

“Fransa adanın bütün gəlirlərini zəli kimi sovuraraq mənimsəyir. Bu da azmış kimi qiymətləri də qaldırıb ki, ancaq öz cibini doldura bilsin. Əminəm ki, yaxın günlərdə daha böyük etiraz dalğalarının şahidi olacağıq. Fransanın ən böyük dərdi odur ki, öz problemlərini həll edə bilmədiyi halda, utanmadan dünya ölkələrinə nəyi necə etmələrinə dair göstəriş verir”.

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 377 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 377 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 377 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 377 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 377 baxış
Yeni saziş ABŞ qüvvələrinin adadakı fəaliyyətini tənzimləyəcək

Yeni saziş ABŞ qüvvələrinin adadakı fəaliyyətini tənzimləyəcək

Dünya
23 sentyabr 2026 377 baxış
Tramp və Makron iki böyük böhranı eyni planla həll etmək istəyir

Tramp və Makron iki böyük böhranı eyni planla həll etmək istəyir

Dünya
23 sentyabr 2026 377 baxış
Vaşinqton və Tehran arasında yeni görüş yaxın zamanda keçirilə bilər

Vaşinqton və Tehran arasında yeni görüş yaxın zamanda keçirilə bilər

Dünya
23 sentyabr 2026 377 baxış
Rusiya-Ukrayna müharibəsi hansı tarixdə bitəcək? - Zelenskidən açıqlama - Baku TV

Rusiya-Ukrayna müharibəsi hansı tarixdə bitəcək? - Zelenskidən açıqlama - Baku TV

Dünya
23 sentyabr 2026 377 baxış
Yeni döyüş mərhələsi başlayır? | Bölgədən gələn xəbərlər narahatlıq doğurur - Baku TV

Yeni döyüş mərhələsi başlayır? | Bölgədən gələn xəbərlər narahatlıq doğurur - Baku TV

Dünya
23 sentyabr 2026 377 baxış
Seçilmişlər
icon