Fransa Fələstini rəsmən tanıyacaq | Makron Yaxın Şərqlə bağlı mesaj verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm”.
Bunu Fransa Prezidenti Emmanuel Makron “X” hesabında bildirib.
“İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”, – deyə o qeyd edib.
Makronun sözlərinə görə, hazırda Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır.
“Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat və qabiliyyətinə zəmanət vermək, silahsızlaşdırılmasını qəbul edərək İsraili tam tanımaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı yaratmaq lazımdır”, – deyə o sözlərinə əlavə edib.
Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
