Fransa kritik tarixi açıqladı | İrana ciddi savaş xəbərdarlığı
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər razılaşma əldə olunmasa, İranla hərbi qarşıdurma yaranacaq. Bu, qaçılmazdır”.
Bu fikirləri aprelin 2-də Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə İranla bağlı yüksək səviyyəli görüşdən sonra danışan xarici işlər naziri Jan-Noel Barro deyib.
Nazir bildirib ki, Tehranla diplomatiya üçün “imkanlar pəncərəsi” daralıb.
Avropa ölkələri İranın nüvə proqramına dair BMT sanksiyalarının müddəti başa çatana qədər İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yeni razılaşma əldə olunması üçün diplomatik yol axtarışındadır.
Xatırladaq ki, sanksiyaların tətbiqini nəzərdə tutan dünya gücləri ilə əldə edilmiş razılaşma 2015-ci ildə imzalanıb və 2025-ci ilin oktyabrında başa çatacağı gözlənilir.
“Bu müqavilənin bitməsinə cəmi bir neçə ayımız var. Uğursuzluq halında hərbi qarşıdurma demək olar ki, qaçılmaz görünür”, − deyə Jan-Noel Barro əlavə edib.
Qeyd edək ki, rəsmi Tehran davamlı olaraq nüvə silahı əldə etmək cəhdini təkzib edir, proqramın dinc xarakter daşıdığını vurğulayır.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
