Fransa Prezidenti İsrail əməliyyatlarını sərt tənqid etdi | Makrondan BMT-yə təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron İsrailin Qəzza zolağı ilə bağlı planının qaçılmaz fəlakət olduğunu və görünməmiş təhlükə daşıdığını bildirib.
O bu strategiyanın Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli girovlar və zolağın mülki əhalisi arasında ciddi itkilərə səbəb olacağını vurğulayıb.
Makron əlavə edib ki, İsrail hökumətindən münaqişənin davam etməsinin mülki əhalinin iztirablarını artıracağına və regionda sülhün əldə olunması şanslarını çətinləşdirəcəyinə inanaraq daimi atəşkəs yolu ilə dərhal bu müharibəyə son qoyması tələb olunur.
Fransa lideri terrorizmlə mübarizə və Qəzzada sabitliyə nail olmaq üçün BMT-nin mandat verdiyi beynəlxalq koalisiyanın yaradılmasını təklif edib, humanitar və təhlükəsizlik böhranının nəticələrini yumşaltmaq üçün beynəlxalq ictimaiyyətin əməkdaşlığının zəruriliyini vurğulayıb.
Makron İsrailin planını “elan edilmiş görünməmiş fəlakət” kimi xarakterizə edərək insan itkilərinin qarşısını almaq və hərtərəfli siyasi həll yollarına qapı açmaq üçün təcili tədbirlər görməyin vaxtının gəldiyini qeyd edib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
