Pleyeri seçin:

Fransa sağçılarının keçmiş lideri Jan Mari Le Pen dünyasını dəyişdi | Ölüm səbəbi

07 yanvar 2025 354 baxış

Fransanın “Milli Cəbhə” Partiyasının keçmiş lideri Jan-Mari Le Pen yanvarın 7-də 96 yaşında vəfat edib.

Bir neçə həftədir baxım müəssisəsində olan Jan-Mari Le Pen çərşənbə axşamı Fransa vaxtı ilə saat 12:00-da yaxınlarının əhatəsində ölüb.

Qeyd edək ki, o, Fransa müxalifətinin lideri Marin Le Penin atasıdır. 1972-2011-ci illərdə “Milli Cəbhə” Partiyasına rəhbərlik edib. Siyasətçi neçə müddət idi ki, xəstəxanada müalicə alırdı. Bundan öncə dəfələrlə mətbuatda onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb, lakin sonra ailə onun vəziyyətinin ağır olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Məlumat üçün bildirək ki, Jan-Mari Le Penin qızı Marin Le Pen atası vəfat etdiyi zaman Mayottada səfərdə olub.

1928-сi ildə doğulan Jan-Mari Le Pen 1942-ci ildə atasını itirdiyinə görə dövlətin himayəsində böyüyüb və təhsil alıb. 1954-cü ildə “Xarici Legion” hərbi dəstəsinin tərkibində hərbi xidmət keçib. Sonralar Əlcəzair xalqına qarşı zorakılıq hadisələrində ittiham olunub. Fransanın ultrasağçı “Milli Cəbhə” Partiyasının qurucusu Jan-Mari Le Pen 2014-cü ildəki müsahibəsi zamanı Holokost qırğınına haqq qazandırdığı üçün irqi düşmənçilik yaratmaqda ittiham edilib.

Banner
İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV

Dünya
21 noyabr 2026 354 baxış
Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Ukraynanın şəhərləri raket və PUA-larla hücuma məruz qaldı - Baku TV CANLI

Dünya
21 noyabr 2026 354 baxış
ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb

Dünya
21 noyabr 2026 354 baxış
Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV

Dünya
21 noyabr 2026 354 baxış
Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"

Dünya
21 noyabr 2026 354 baxış
Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Tehranda pul qıtlığı, Təl-Əvivdə hərbi modernizasiya

Dünya
21 noyabr 2026 354 baxış
3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

3500 illik sirr açıldı | Araşdırma nələri üzə çıxardı?

Dünya
21 noyabr 2026 354 baxış
Həkimlər ən zərərli qidaları açıqladı

Həkimlər ən zərərli qidaları açıqladı

Dünya
21 noyabr 2026 354 baxış
Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Aİ-dən Ukrayna i̇lə bağlı mi̇lyardlıq qərar

Dünya
21 noyabr 2026 354 baxış
ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Dünya
21 noyabr 2026 354 baxış
Seçilmişlər
icon