Fransa Ukraynaya qoşun yeridəcək? | Makrondan Kiyevə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik”.
Bunu Fransa Prezidenti Emmanuel Makron “Ekonomist”ə müsahibəsində deyib.
“Mənim aydın strateji məqsədlərim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?” – o bildirib.
E.Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan “apriori” imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir.
Qeyd edək ki, E.Makron Rusiyanın hansı cəbhə xəttini keçməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
