Fransa və Gürcüstan arasında hansı müqavilə ləğv olundu? | Qalmaqallı xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Nant şəhərinin meri Tbilisi ilə 1979-cu ildən qüvvədə olan “Qardaşlaşma sazişi”nin dayandırıldığını elan edib.
Bu qərar Gürcüstandakı siyasi vəziyyətlə bağlı narahatlıqlarla əsaslandırılıb.
“2024-cü ilin dekabrından bəri ölkədə genişmiqyaslı etirazlarla müşayiət olunan müxalifətə qarşı repressiyaları müşahidə edirik”, – deyə Nant meriyasından bildirilib.
Meriyada həmçinin uzun illərdir Nantla əməkdaşlıq edən Tbilisi meriyasının Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşlarının işdən çıxarılmasına görə təəssüf ifadə olunub.
Fransız tərəfinə görə, bu işdən çıxarılmalar siyasi xarakter daşıyırdı, çünki işdən azad edilənlərin əksəriyyəti Avropa İttifaqına inteqrasiyanı dəstəkləyirdi.
Nant meriyası dəqiqləşdirib ki, qardaşlaşma münasibətləri əməkdaşlıq üçün zəruri şərait bərpa olunana qədər dondurulacaq. Buna baxmayaraq, şəhər Gürcüstanda maraqlı tərəfləri vətəndaş cəmiyyəti strukturları vasitəsilə dəstəkləməyə davam edəcək.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
