Fransanın uğursuz Afrika siyasətinin acı nəticəsi
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif siyasi qüvvələrə mənsub 94 fransız senatoru ölkə prezidenti Emmanuel Makrona Afrikada dövlət siyasətinin uğursuzluğuna dair açıq məktub göndərib. Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məktubun müəllifləri Senat sədrinin xarici əlaqələr üzrə birinci müavini Roje Karuçi, Senatdakı “Respublikaçılar” fraksiyasının rəhbəri Bryuno Retayo və Senatın Xarici İşlər və Müdafiə Komitəsinin sədri Kristian Kambondur.
Senatorların fikrincə, Niger, Mali, Mərkəzi Afrika Respublikası və Burkina-Faso kimi Afrika ölkələri Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina edib.
Bildirilib ki, Kot-d'İvuar və Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə rəsmi Parisə qarşı kütləvi aksiyalar keçirilir. Bundan başqa, Parisin Əlcəzair, Mərakeş və Tunislə də mürəkkəb münasibətləri var.
Senatorlar qeyd ediblər ki, dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik ABŞ Afrikası ilə əvəzlənir. Məktubun müəllifləri ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalmasına da diqqət çəkiblər.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
