Fransızlar ermənilərə PUA-larla davranış öyrədir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Silahlı Qüvvələri hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobillərdən istifadə edir.
Mayın 12-də belə avtomobillərdən biri erməni təxribatının qarşısı alınarkən məhv edilib. “Caliber” həmin avtomobilin görüntülərini paylaşıb.
Kadrlarda partlayışdan sonra maşından sürünərək uzaqlaşan qara gödəkçəli, mülki geyimli adam görünür. Partlayış yerindən təşviş içində qaçan iki erməni hərbçisindən fərqli olaraq, qara gödəkçəli şəxs təmkin və peşəkarlıq nümayiş etdirir. Onun davranışlarından NATO standartlarına uyğun yüksək hazırlığa malik olduğunu hiss etmək mümkündür.
“Caliber”in yaydığı xəbərə görə, söhbət erməni hərbçilərinə PUA-larla işləməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. “Üstəlik bu, NATO hazırlığı olan bir mütəxəssisin erməni hərbçilərinə yardım etməsi ilə bağlı yeganə fakt deyil. Oxşar siqnallar şərti sərhədin digər hissələrində də alınıb”, – deyə məlumatda bidirilir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
