"Gəmi heç bir ölkəyə məxsus deyil" | Kerolayn Levitt
Yeniliklərdən dərhal xəbərdar olun
"Marinera" tankerinin heyəti ABŞ-nin Venesuela neftinə qarşı sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib.
O, gəminin Venesuelanın kölgə donanmasının bir hissəsi olduğunu iddia edib.
Daha əvvəl ABŞ Şimali Atlantikada Böyük Britaniya yaxınlığındakı "Marinera" neft tankerini nəzarətə götürüb. "Bella 1" adını "Marinera" olaraq dəyişdirən gəmi ötən ay ABŞ-nin Sahil Mühafizəsi tərəfindən Venesuela sahillərində təqib edilib.
Ağ Evin sözçüsü həmçinin qeyd edib ki, sözügedən "Marinera" Venesuelanın kölgə donanmasında sanksiyalı neft daşıyan bir gəmi idi.
"Gəmi heç bir ölkəyə məxsus deyil, saxta bayraq altında fəaliyyət göstərirdi. Buna görə də məhkəmə tərəfindən saxlanılması üçün order verilib və bu səbəbdən onun heyəti məsuliyyətə cəlb olunacaq", – deyə o əlavə edib.
#Kerolayn Livitt teqi istifadə olunub
- Vaşinqtonda diqqətçəkən istefa Ağ Evdə yeni müzakirələrə yol açıb
- ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının son vəziyyəti - Baku TV
- Vaşinqtondakı insident Trampa qarşı sui-qəsd cəhdi kimi dəyərləndirilir
- ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi nə zaman yekunlaşacaq? - Baku TV
- ABŞ və İran arasında danışıqların ikinci raunduna start verilir - Baku TV
