Pleyeri seçin:

Gerasimov Putinə məruzə etdi | Kursk əməliyyatı barədə detallar

27 aprel 2025 751 baxış

“Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin nəzarət altına alınması üzrə əməliyyatı başa çatdırıb, Prezident Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovdan müvafiq hesabat alıb”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Valeri Gerasimov Ali Baş Komandan Vladimir Putinə Kursk vilayəti üzərində nəzarətin bərpa edilməsi üzrə əməliyyatın başa çatması barədə məlumat verib”, – deyə D.Peskov qeyd edib.

V.Gerasimov məruzəsində Prezidentə bildirib ki, Ukrayna Silahlı Qüvvələri məğlub olub və aprelin 26-da Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Əməliyyat ümumilikdə 264 gün davam edib:

“Kursk vilayətində döyüşlər zamanı Ukrayna Ordusu 76 mindən çox hərbçisini itirib. Bu siyahıya ölənlər və yaralananlar daxildir. 7700-dən çox hərbi texnika, 412 tank, 340 döyüş avtomobili və digər hərbi sursatlar məhv edilib.

Ayrıca olaraq Şimali Koreya qoşunlarının Kursk vilayətindəki əməliyyatlarda iştirak etdiyini bildirmək istəyirəm. Koreya Xalq Demokratik Respublikasından olan döyüşçülər ölkələrimiz arasında imzalanan strateji əməkdaşlıq sayəsində bizə öz köməkliklərini göstəriblər. Onlar Kursk vilayətinin azad olunması əməliyyatında yüksək peşəkarlıq nümayiş etdiriblər”.

Valeri Gerasimov əlavə edib ki, Sumı vilayətində təhlükəsizlik zonası yaradılır, dörd yaşayış məntəqəsi azad olunub və 90 kvadratkilometrlik ərazi Rusiyanın nəzarətinə keçib.

Türkiyədən Qara dənizdə məhdudiyyət

Türkiyədən Qara dənizdə məhdudiyyət

Dünya
08 avqust 2026 751 baxış
Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Ermənistanın ixrac coğrafiyası dəyişir | Bəs alternativ bazarlar hazırdırmı? - Baku TV CANLI

Dünya
08 avqust 2026 751 baxış
ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

ABŞ Senatından yeni qərar | Rusiya və İrana qarşı təzyiq artır - Baku TV CANLI

Dünya
08 avqust 2026 751 baxış
400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

400 milyon dollarlıq layihə dayandırıldı | Tramp geri addım atmır? - Baku TV CANLI

Dünya
08 avqust 2026 751 baxış
Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Soçidə açılan "Fillər parkı" ziyarətçilərin böyük marağına səbəb olub

Dünya
08 avqust 2026 751 baxış
Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib

Dünya
08 avqust 2026 751 baxış
Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Gecə səmasını işıqlandıran fənər festivalı şəhərə xüsusi gözəllik qatdı

Dünya
08 avqust 2026 751 baxış
Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı

Dünya
08 avqust 2026 751 baxış
İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

İranla gərginlik pik həddə: ABŞ hərbi dairələrində artan narahatlıqlar

Dünya
08 avqust 2026 751 baxış
Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Ermənistanın Baş naziri Vaşinqton sammitinin ölkəsini dalandan çıxardığını bildirib - Baku TV CANLI

Dünya
08 avqust 2026 751 baxış
Seçilmişlər
icon