Pleyeri seçin:
Hakan Fidan Marko Rubio ilə nələrdən danışdı? - Vacib detallar
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Söhbət zamanı Suriya, Qəzza zolağı və Ukraynadakı vəziyyət daxil olmaqla regional məsələlər müzakirə edilib. Bu barədə ölkə mətbuatında məlumat verilib.
Türkiyənin XİN başçısı Suriyanın “sabitliyi və rifahı baxımından” bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, tərəflər planlaşdırılan Rusiya–Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.
Həmçinin 14-15 may tarixlərində Antalyada keçiriləcək NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində Marko Rubionun Türkiyə səfərinin təfərrüatları müzakirə edilib.
Kopyalandı
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
