Hakan Fidanla Abbas Əraqçi arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ–İran danışıqlarında iştirak etməməsini və ya danışıqların Türkiyədə keçirilməməsini rəqabət kimi qiymətləndirmədiklərini bildirib.
Fidan qeyd edib ki, onlar öz liderlikləri çərçivəsində belə bir seçim ediblər.
"Omandakı mövcud sistemin eyni şəkildə davam etməsi, yəni eyni şəxslər, eyni yer və eyni üsulla prosesin aparılmasını istədilər. Bunu İranın Türkiyənin önə çıxmasının və ya danışıqların Türkiyədə keçirilməsinin qarşısını almaq məqsədilə yaranan bir rəqabət kimi qiymətləndirmirik. Hazırda İranın bu cür məsələləri düşünəcək durumda olduğunu da demək olmaz. Ortada potensial ciddi problemlər var və İran hazırda bunların qarşısını almaqla məşğuldur. Bu isə onlar üçün varlıq-yoxluq məsələsidir", – deyə Hakan Fidan qeyd edib.
Nazir həmçinin bildirib ki, region daha bir müharibənin nəticələrini qaldıra biləcək gücdə deyil: "Mümkün savaşı önləmək üçün bütün imkanlardan istifadə etmək istəyirik".
Bu arada, Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub. Bildirilib ki, söhbət zamanı İranla ABŞ arasındakı nüvə danışıqlarının gedişatı müzakirə edilib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
