Hakimiyyətdə olanlar ölkədən qaçacaq | Rusiyalı deputat Nikolun planından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avropa İttifaqına daxil olmaq istəyinə görə dünya xəritəsindən silinə bilər”.
Bunu Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov “News.ru”ya açıqlamasında deyib.
O, Qərblə razılaşmalara arxalanan Ukrayna və Gürcüstanın taleyini xatırladaraq Nikol Paşinyanın son açıqlamalarının və addımlarının ölkəni məhvə doğru apardığını bildirib.
“Nikol Paşinyan və hökumət müvəqqətidir, Ermənistan tamamilə zəiflədikdən, məhv olduqdan sonra indiki hakimiyyət ölkəni tərk edərək xaricə köçəcək. Şimali Kiprlə olduğu kimi, bir daha birləşmək lazım gələndə deyəcəklər ki, heç nə etmək olmaz, bu, həyatdır, hər şey ola bilər. Onda xatırlayacaqlar ki, nə vaxtsa Ermənistan adında bir ölkə var idi. Ermənistanın çöküşünə səbəb olanların xatirəsinə məclislər quracağıq”, – deyə o əlavə edib.
Vitali Milonov qeyd edib ki, Avropa İttifaqı bundan öncə də Ukrayna və digər ölkələrə etdiyi kimi istəyinə nail olduqdan sonra bütün qapılarını Ermənistanın üzünə bağlayacaq. Beləcə, üzərinə götürdüyü öhdəlikləri, N.Paşinyana verdiyi sözləri yerinə yetirməkdən boyun qaçıracaq.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
