Pleyeri seçin:
Həbsdəki fələstinlilər azad ediləcək | Qəzzadakı hərəkat rəhbərindən açıqlama
HƏMAS hərəkatı, İsrail ilə davamlı atəşkəs rejiminin başladığını rəsmi olaraq elan edib. Hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya "Əl-Cəzirə" kanalında çıxışı zamanı bu barədə açıqlama verib. Əl-Hayya, vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin qəti şəkildə başa çatmasına dair təminatlar alındığını vurğulayıb. Razılaşma çərçivəsində İsrail həbsxanalarında ömürlük cəza çəkən 250 fələstinlinin, həmçinin müharibə başlayandan sonra saxlanılan 1700 fələstinlinin, eləcə də bütün fələstinli qadın və uşaqların azad edilməsi gözlənilir. Bu hadisə ABŞ lideri Donald Trampın sülh planının birinci mərhələsi çərçivəsində əldə olunan razılaşmanın təsdiqi kimi qiymətləndirilir.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Anklav yenidən hədəfdə - Baku TV CANLI
- İsrailin müdafiə naziri Qəzza ilə bağlı yeni açıqlama verib
- İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
