Həyasızcasına bizi günahlandırır... | Belarus Prezidenti bu dəfə sərt danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb hər zaman olduğu kimi milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan münaqişələri alovlandırmaqla məşğuldur”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal Cənubun Səsi” adlı sammitdə çıxışında bildirib.
O həmçinin Qərbin hökmran olduğu dövrün başa çatdığını söyləyib:
“Qərb münaqişələri təhrik etməyə davam edir və sonra böhrana görə həyasızcasına bizi günahlandırır. Bu gün dünyanın bir çox nöqtəsində gedən müharibələr transmilli korporasiyaların gəlirinin ağlasığmaz templə artmasına səbəb olur. Silahlanma yarışı da misilsiz templə davam edir.
Bu gün inkişaf etməkdə olan ölkələr başa düşməlidir ki, dayanıqlı sülh olmadan və qlobal münaqişələr həll edilmədən tərəqqidən danışmaq mümkün deyil.
Təqribən 50 ildən artıqdır ki, dünya miqyasında müstəmləkəçilik sistemi süquta uğrasa da, bu amil üçüncü dövlətlərin gerçək azadlığa qovuşması ilə nəticələnməyib. Müstəmləkədən azad olan dövlətlərin bir vaxtlar tabeliyində olduqları ölkələrdən iqtisadi və texnoloji asılılığı indi də davam edir”.
Belarus lideri baş verənləri Qlobal Qərbin faydalı qazıntılara malik inkişaf etməkdə olan ölkələrin təbii resurslarını qəsb etmək istəyi ilə əsaslandırıb.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
