Hörmüz böhranı həll olunur? | İran blokadanın ləğvini tələb edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-yə münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb.
"Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib", – deyə nəşr qeyd edib.
"Axios" bildirib ki, İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və Amerika blokadasının ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini "uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi" nəzərdə tutulur.
"İrəli sürülən təklifə əsasən, nüvə üzrə danışıqlar yalnız növbəti mərhələdə, Hörmüz boğazında blokada aradan qaldırıldıqdan və iqtisadi blokada ləğv edildikdən sonra başlayacaq", – deyə portal vurğulayıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
