Hücumların əsl məqsədi artıq ortaya çıxır | İsmayıl Bəqayi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin hücumuna məruz qalıb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.
"İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin İran xalqına qarşı müharibəsinin son 30 günü ərzində qəsdən hücuma məruz qalan bir çox ali məktəb və tədqiqat mərkəzlərindən sadəcə ikisidir", – nazirlik rəsmisi bildirib.
İsmail Bəqainin sözlərinə görə, ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır:
"Universitetləri, tədqiqat mərkəzlərini, tarixi abidələri və görkəmli alimləri sistemli şəkildə hədəfə alaraq ölkəmizin elmi təməlini və mədəni irsini iflic etmək istəyirlər".
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
