Husilər İsrailə raket zərbəsi endirdi
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri İsrailin paytaxtını bombalayıb.
Husilər Tel-Əvivdəki Ben Qurion Hava Limanına raket zərbəsi endiriblər. Bu barədə hərəkatın sözçüsü Yəhya Sariya açıqlama verib.
Onun sözlərinə görə, zərbə nəticəsində aeroportun fəaliyyəti dayandırılıb.
“Ordumuz “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək Ben Qurion Hava Limanına raket zərbəsi endirib. Əməliyyat uğurla tamamlanıb və öz məqsədlərimizə nail olmuşuq. Bundan əlavə, Aşkelon, Təl-Əviv və Eylat şəhərlərinə PUA-larla hücum həyata keçirilib”, ‒ deyə Yəhya Sariya bildirib.
İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir. Bu barədə isə İsrailin müdafiə naziri İsrael Katz bəyan edib.
“İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək”, ‒ deyən İ.Katz “X” sosial şəbəkəsində paylaşım edib.
#Yəmən teqi istifadə olunub
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
- Köçkün düşərgəsində minlərlə insan susuzluq və xəstəliklərlə üz-üzə qalıb
