Pleyeri seçin:

İnsan təkamülü ilə bağlı bildiklərimiz yenidən dəyişir

07 avqust 2026 234 baxış

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. 

Kaliforniya Universitetinin yeni araşdırmasına əsasən, bu sirli xətlərdən biri 50 min ildən çox əvvəl Afrikada, digəri isə təxminən 1,7–1,8 milyon il əvvəl Avrasiyada mövcud olub.

Alimlərin sözlərinə görə, Afrikadan kənarda yaşayan müasir insanların əksəriyyətinin genomunun 1-2 faizi neandertallardan, Asiya və Okeaniya əhalisinin isə 0,1–5 faizi denisovalılardan miras qalıb. Bu qədim genetik irs dəri piqmentasiyası, yüksək dağ şəraitinə uyğunlaşma və immun sisteminin fəaliyyəti kimi xüsusiyyətlərə təsir göstərib.

Tədqiqatçılar qədim genetik qarışmaları aşkar etmək üçün "TRACE" adlı yeni hesablama metodu hazırlayıblar. Onun tətbiqi nəticəsində müəyyən edilib ki, təxminən 800 min il əvvəl insan təkamül ağacından ayrılan sirli bir xətt 50 min ildən çox əvvəl Afrikada anatomik cəhətdən müasir "Homo sapiens" ilə qarışıb. Bu hadisə insanların Avropa və Asiyaya böyük miqrasiyasından əvvəl baş verib.

Alimlərin fikrincə, ikinci sirli nəsil daha qədimdir və onun tarixi təxminən 1,8 milyon il əvvələ gedib çıxır. Ehtimal olunur ki, bu populyasiya müasir insanlarla birbaşa qarışmayıb, əvəzində Avrasiyada denisovalılarla genetik mübadilə aparıb.

Sonradan denisovalılar "Homo sapiens" ilə qarışdıqda həmin qədim DNT-nin bir hissəsi də müasir insanların genomuna keçib. Bu izlər xüsusilə denisovalı mənşəyi yüksək olan Okeaniya əhalisində daha aydın müşahidə olunur.

Tədqiqat müəllifləri hesab edirlər ki, yeni müəyyən edilən bu iki sirli nəsil birlikdə müasir insan genomunun təxminən 2 faizini təşkil edir. Onların sözlərinə görə, hər bir insanın genomunun təxminən 0,5–1 faizi bu "kölgə nəsli"ndən miras qalıb.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 234 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 234 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 234 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 234 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 234 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 234 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 234 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 234 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 234 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 234 baxış
Seçilmişlər
icon