İordaniya və İranda ara qarışdı | İranyönümlü qüvvələr PUA-larla hücumda
İordaniya Hərbi Hava Qüvvələri İraqdan atılan iki pilotsuz təyyarəni İsraildəki bazalara çatmadan zərərsizləşdirib.
Bu barədə İsrail mediası İordaniya Ordusuna istinadən məlumat yayıb. İsrailin Kolan təpələrində yerləşən aviabazasına PUA-ların buraxılmasına görə məsuliyyəti isə iranyönümlü “İraq İslam Müqaviməti” hərəkatı öz üzərinə götürüb.
Bundan başqa, İordaniya hökuməti də faktı təsdiqləyərək adıçəkilən qrupun rəsmi Təl-Əvivin Hava Hücumundan Müdafiə Sistemlərinə PUA-larla hücum etdiyini bildirib.
Qeyd edək ki, iranpərəst yaraqlılar pilotsuz uçuş aparatlarının İsrailə çatmamasına baxmayaraq, mütəmadi olaraq həmin əraziləri hədəf almağa davam edir. Bu vəziyyət təkcə İsraillə İran arasında deyil, həm də İordaniya və İran arasında da münasibətlərin pisləşməsinə gətirib çıxarıb.
Bundan öncə də “İraq İslam Müqaviməti” qrupunun üzvləri bir neçə dəfə İsrailin Aşdod limanını PUA-larla hədəf alaraq hərbi dəniz donanmalarına hücum etdiklərini, eləcə də Hayfa limanına aviazərbələr endirdiklərini açıqlayıb.
Xatırladaq ki, mütəmadi olaraq Ben-Qurion hava limanı və Hayfadakı neft emalı zavodları da adıçəkilən hərəkatın üzvləri tərəfindən hədəf alınan mühüm strateji obyektlərdən biridir.
#İsrail teqi istifadə olunub
- ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Anklav yenidən hədəfdə - Baku TV CANLI
- Rusiyaya "stop", İsrailə "yaşıl işıq" | Afinanın yeni hava qalxanı necə qurulur? - HƏRBİ XRONİKA
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- Dəməşq ətrafına endirilən zərbələr qarşıdurmanın miqyasını daha da genişləndirir - Baku TV CANLI
