İran danışıqların növbəti mərhələsinə keçmək üçün əsas şərtini açıqladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ ilə danışıqları yalnız Vaşinqton Hörmüz boğazında islam respublikasının limanlarının dəniz blokadasını ləğv etdikdən sonra davam etdirəcək.
Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, son günlər ABŞ və İran arasında əlaqələr Pakistan vasitəsilə davam edib. Bu dialoqun bir hissəsi olaraq, hər iki tərəf İslamabadda üzbəüz danışıqlar zamanı qaldırılan məsələlərin müzakirəsinə davam edib.
Agentliyin məlumatına görə, ABŞ İranın dəniz blokadasını davam etdirdiyi müddətdə İran hakimiyyəti birbaşa danışıqların bərpası niyyətində deyil.
Daha əvvəl Amerika mətbuatı və rəsmiləri gələn həftənin əvvəlində Pakistanda ABŞ-İran birbaşa danışıqlarının bərpasının mümkünlüyünü bildiriblər.
Bu arada, "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Hərbi Dəniz Qüvvələri ərazidə gəmiçiliyi bərpa etmək məqsədilə Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir.
CBS isə adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən Hörmüz boğazında ən azı 12 sualtı minanın olduğunu bildirib.
ABŞ rəsmiləri həmçinin İranın boğazda özünün "Maham-3" və "Maham-7" minalarını yerləşdirdiyini iddia ediblər.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
