İran-İsrail gərginliyi ABŞ-ni hərəkətə keçirdi | “Diqqətli ol, yoxsa...!”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla nüvə danışıqlarına xələl gətirə biləcək addımlar atmaması barədə xəbərdarlıq edib.
İsrailin “Walla” saytı xəbər verir ki, belə bir xəbərdarlıq Tramp və Netanyahu arasında keçən həftə baş tutan telefon danışığında İranla nüvə anlaşması ilə bağlı məsələnin müzakirəsi zamanı edilib.
Tramp Netanyahuya İranla danışıqlar prosesində diqqətli olub hər hansı əngəl törədilməməsi barədə xəbərdarlıq edib.
Nəşr yazır ki, Tramp və digər yüksək rütbəli ABŞ rəsmiləri son həftələrdə İsrailin İranın nüvə obyektlərini bombalaya biləcəyindən və ya danışıqlara xələl gətirə biləcək başqa addımlar ata biləcəyindən narahat olduqlarını bildiriblər.
İsraildə səfərdə olan ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bazar günü keçirdiyi görüşdə Trampın Netanyahuya danışıqlara xələl gətirə biləcək addımlardan qaçınmaq lazım olduğu mesajını çatdırıb. Noem həmçinin Trampın İranla danışıqları həftələr və ya aylarla uzatmayacağını vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
