İran-İsrail gərginliyi müharibəyə çevrilir? | İsrailə nə vaxt zərbə endiriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri Dəməşqdə baş konsulluq binasına İsrail hərbi qüvvələri tərəfindən endirilən zərbəyə mütləq cavab veriləcəyini bəyan edib.
Bu barədə xarici KİV-də məlumat verilib.
Bildirilib ki, Məhəmməd Baqiri bununla bağlı sözügedən hücum zamanı öldürülən SEPAH-ın “Qüds” qüvvələrinin yüksəkrütbəli zabiti Məhəmməd Rza Zahidinin İsfahanda dəfn mərasimi zamanı danışıb.
“Hücumun vaxtını, onun həyata keçirilmə şəklini və üsulunu müəyyən edib, onu hərtərəfli şəkildə həyata keçirəcəyik, düşməni bu əmələ görə peşman edəcəyik. Dəməşqdəki hücum İsrailin intiharı idi və bu, İsrailin məhv edilməsi prosesini sürətləndirəcək”, – deyə M.Baqiri əlavə edib.
O həmçinin deyib ki, Dəməşqdəki hücuma görə əsas məsuliyyət ABŞ-nin üzərinə düşür.
Məlumat üçün bildirək ki, ABŞ və İsrail İranın edə biləcəyi mümkün hücumla bağlı öz hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazıb. Bildirilib ki, İran Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq yaxın vaxtlarda zərbə endirə bilər.
#İran Ordusu teqi istifadə olunub
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- Sərhədlərə 50-dən çox hərbi bölmə yerləşdirən Tehran hansı məqsədi güdür? - Baku TV
- Son hərbi qarşıdurmadan sonra İranın müdafiə strategiyasında nə dəyişib? - Baku TV CANLI
- İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarəti davam etdirir
- İran Ordusu müdafiədən hücum doktrinasına keçdi
