İran İsraildə bu obyektləri vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Benyamin Netanyahu Livanın cənubunda İsrailin hərbi nəzarəti altında təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib.
Baş nazir bu açıqlamanı ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciətində verib.
"Sərhədimizə basqın və raket atəşi təhdidinin qarşısını qəti şəkildə almaq üçün mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim", – deyə Netanyahu bildirib.
Bu arada İran İsrailin Beer-Şeva şəhəri yaxınlığında yerləşən sənaye obyektinə zərbə endirib. "Tasnim" agentliyinin verdiyi xəbərə görə, zərbə nəticəsində güclü yanğın baş verib.
Bildirilir ki, şəhərin cənubunda yerləşən Neot-Hovav sənaye zonası İsrailin əsas kimya mərkəzlərindən biridir və ölkədə istehsal olunan kimyəvi məhsulların təxminən yarısı burada istehsal edilir.
"The Times of Israel" yazır ki, hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
